Türkiyədə zəlzələ nəticəsində həlak olmuş Azərbaycan vətəndaşlarının sayı 10-a çatıb
Digər xəbərlər

Türkiyədə zəlzələ nəticəsində həlak olmuş Azərbaycan vətəndaşlarının sayı 10-a çatıb

Türkiyədə aparılan axtarış-xilasetmə tədbirləri çərçivəsində indiyə qədər zəlzələ nəticəsində həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarının sayı 10 nəfərə çatıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki günlərdə şəxsiyyətləri müəyyən edilmiş 6 nəfər vətəndaşımızdan əlavə, 2002-ci il təvəllüdlü İsmayıllı Hümam Fəxri oğlunun, 2000-ci il təvəllüdlü Nəzərzadə Gündüz Mübariz oğlunun, 2000-ci il təvəllüdlü Quliyev Samir Həsən oğlunun, 1950-ci il təvəllüdlü Qocayeva Lida Süleyman qızının vəfat etdikləri müəyyənləşib.

Həlak olmuş vətəndaşların cənazələrinin fevralın 16-da Azərbaycana gətirilməsi nəzərdə tutulur.

XİN bu dəhşətli zəlzələ nəticəsində həlak olan həmvətənlərimizin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!