Rəqəmsal innovasiyaların tətbiqi genişləndirilir
Digər xəbərlər

Rəqəmsal innovasiyaların tətbiqi genişləndirilir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, ədliyyə fəaliyyətinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər görülür, vətəndaşlara daha səmərəli və əlçatan xidmətlərin göstərilməsi ilə bağlı rəqəmsal innovasiyaların tətbiqi genişləndirilir.

Ədliyyə Nazirliyi tərəfindən hüquqi xidmətlərin mobil tətbiqlər üzərindən göstərilməsinə xüsusi diqqət yetirilir. İctimai tələbatlığı ilə seçilən “Mobil notariat” tətbiqi vasitəsi ilə son dövrlər aparılmış yarım milyondan çox notariat hərəkətlərinin bir hissəsi məhz Qarabağ və Şərqi Zəngəzurdan müraciət edən şəxslərlə bağlı olmuşdur.

Ədliyyə Nazirliyinin Mətbuat xidməti bildirir ki, notariat korpusunun komplektləşdirilməsi çərçivəsində Gəncə, Sumqayıt şəhərləri, İmişli, Salyan, Şəki rayonlarında yerləşən “ASAN xidmət” mərkəzlərində, habelə göstərilən inzibati ərazi vahidlərində və eyni zamanda Naftalan şəhəri, Cəbrayıl, Cəlilabad, Xocalı, Xocavənd, Xızı, İmişli, Kəlbəcər, Qazax, Qəbələ, Qubadlı, Laçın, Lerik, Salyan, Şəki, Tovuz, Yardımlı, Zəngilan, Zərdab rayonlarında vakant olan notarius vəzifələrində fəaliyyət göstərmək üçün şəhadətnamə almaq istəyən, "Notariat haqqında" Qanunun tələblərinə cavab verən ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşları növbəti açıq müsabiqəyə dəvət edilirlər.

“Respublika”.