Türkiyədə zəlzələ nəticəsində həlak olan Şahin Vəliyev Gəncədə dəfn edilib
Region

Türkiyədə zəlzələ nəticəsində həlak olan Şahin Vəliyev Gəncədə dəfn edilib

Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində həlak olan tələbə Şahin Vəliyev dəfn olunub. Dəfn mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, mərhumun ailə üzvləri, yaxınları və şəhər ictimaiyyəti iştirak ediblər.

Xatırladaq ki, Malatya şəhərindəki İnönü Universitetində təhsil alan azərbaycanlı tələbələr Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin nəşləri uzunmüddətli axtarışlardan sonra fevralın 14-də tapılıb.

Zabit XƏLİLOV,

"Respublika".