Türkiyədə “TEKNOFEST”ə qatılan BMU komandasının üzvləri ilə görüş
Digər xəbərlər

Türkiyədə “TEKNOFEST”ə qatılan BMU komandasının üzvləri ilə görüş

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar “TEKNOFEST-2023” Aerokosmik və Texnologiya Festivalının final mərhələsinə vəsiqə qazanan Bakı Mühəndislik Universitetinin (BMU) tələbələrdən ibarət “RED X” komandasının layihəsi ilə tanış olub. Selçuk Bayraktar BMU komandasının sərgidə hərbi məqsədli “PUA-Pilotsuz Uçuş Aparatı” layihəsi ilə iştirak edən yeganə Azərbaycan komandası olmasını xüsusi vurğulayıb və tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

BMU-nun ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) prezidenti, Prof. Dr. Hasan Mandal da BMU komandasının layihəsi ilə yaxından tanış olub. Tələbələr TUBİTAK rəhbərinə layihə haqda ətraflı məlumat veriblər. Hasan Mandal BMU komandasının layihəsi olan PUA-nı imzalayıb və tələbələrlə səmimi söhbət edib. BMU-nun tələbələrdən ibarət “RED X” komandası Türkiyədə keçiriləcək “TEKNOFEST-2023”də hərbi məqsədli tibbi ləvazimat daşıya bilən, kuryer vəzifəsini yerinə yetirə və bənzər yerlərdə əlverişliliyini göstərə bilən sabit qanadlı, sadə və ergonomik PUA ilə təmsil olunur.

BMU tələbələrinin ərsəyə gətirdiyi PUA Bursa şəhərindəki sınaq uşuşlarından sonra aprelin 27-dən mayın 1-dək İstanbulda keçiriləcək festivalda nümayiş olunacaq.

M.Mirzə,

“Respublika”.