Türkiyə 2023-cü ildə dünya ixracatında rekord paya sahib olub
Türk dünyası

Türkiyə 2023-cü ildə dünya ixracatında rekord paya sahib olub

Türkiyə Ticarət Nazirliyi ölkənin dünya mal ixracındakı payının keçən il 1,08 faizə, xidmət ixracındakı payının isə 1,3 faizə yüksəldiyini açıqlayıb.

"Respublika" xəbər verir ki, bu barədə Nazirlikdən məlumat verilib. Qeyd edilib ki, 2023 - cü ildə Türkiyəyə mal ixracı 256 milyard dollara, xidmət ixracı isə 100,8 milyard dollara çatıb.

Xatırladaq ki, 2023-cü ildə dünyada ümumi ixracın illik müqayisədə 1,2 faiz azalmasına baxmayaraq, ölkəyə mal ixracında artım baş verib.