Azərbaycan-Türkiyə: polad iradənin zəfəri
Türk dünyası

Azərbaycan-Türkiyə: polad iradənin zəfəri

Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir", Heydər Əliyevin "Bir millət, iki dövlət" fəlsəfəsi ilə əsaslı təmələ sahib olan ölkələrimizin əlaqələri daha da inkişaf edir. Müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmlənib daha da genişlənməsi Azərbaycan dövlətinin xarici siyasətinin mühüm tərkib hissəsidir. Tarixi köklərə qardaşlığa söykənən, hər zaman həmrəylik nümayiş etdirən Azərbaycan Türkiyə arasında əlaqələr siyasi, iqtisadi-ticari, humanitar sahələrdə uğurla inkişaf edir. İki dövlətin rəhbərlərinin müntəzəm xarakter almış qarşılıqlı səfərləri ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır müsbət nəticələr verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevin dəvəti ilə Azərbaycana səfərə gəlib. Rəcəb Tayyib Ərdoğan prezident seçildikdən sonra ilk səfərini Şimali Kipr Türk Respublikasına etmişdi. Prezident Rəcəb Tayyib Ərdoğanın yeni beşillik dövr üçün səlahiyyətlərinin icrasına başlaması ilə Azərbaycan-Türkiyə birliyi regionun gələcək inkişafında yeni mərhələ formalaşdıracaq. Təntənəli andiçmə mərasimində çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan mayın 28- keçirilmiş seçkilərdə millətin iradəsinin əksini tapdığını, artıq "Türkiyə əsri"nin başladığını ölkənin sıçrayış mərhələsinin qapılarının açıldığını vurğulayıb.

Türkiyə xalqı seçkilərdə sabitlik, firavanlıqla yanaşı, həm Azərbaycana, Azərbaycanla gələcəkdə qoşa addımlanacaq yola, birliyə, qardaşlığa səs verdi. Azərbaycan ilə Türkiyə yeni inkişaf mərhəhəsinə birgə qədəm qoydular. Qürurverici haldır ki, Azərbaycan Türkiyə dünya miqyasında mənəvi-siyasi cəhətdən bir-birinə ən yaxın ölkələrdir. Bizi birləşdirən bir çox amil vardır: tarix, mədəniyyət, etnik köklər, dil, din, milli dəyərlər, milli maraqlar. Bütün bunlar sarsılmaz birliyimizi təmin edir. Bu gün Azərbaycan Türkiyə ortaq siyasi iradə birgə fəaliyyətlə gələcək hədəflərə çatmaq əzmində olan nadir müttəfiqlik nümunəsidir.

Bütün dövrlərdə böyük dövlətlərin maraqlarının toqquşduğu Anadolu Qafqazda isə hazırda tamamilə fərqli bir mənzərənin şahidi olmaqdayıq. Azərbaycanla Türkiyə arasında uğurla inkişaf edərək strateji müttəfiqlik səviyyəsinə yüksəlmiş əlaqələr regionun sülh, sabitlik əməkdaşlıq məkanına çevrilməsində mühüm rol oynayır. Fəxrlə deyə bilərik ki, hazırda bölgəmiz bütün dünyada ikitərəfli çoxşaxəli münasibətlərə örnək bir regiona çevrilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun rəşadətli Zəfər qazanaraq 30 illik işğala son qoymaqla beynəlxalq ədaləti bərpa etməsi böyük bir coğrafiyada əməkdaşlıq, qarşılıqlı faydalı münasibətlər kontekstində yeni mənzərə yaradıb. Bu siyasi təntənənin təməlində Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri, liderlərimizin birgə qərarları davamlı olaraq həyata keçirilən beynəlxalq əhəmiyyətli layihələr dayanır.

Otuz il dağıdılıb məhv edilən ərazilərdə Qarabağ Zəfərindən sonra Azərbaycanın başladığı quruculuq bərpa işləri dövlət siyasətinin əyani təzahürüdür. Hazırda dövlətimiz tərəfindən Qarabağda aparılan bərpa-yenidənqurma işlərində Türkiyə yaxından iştirak edir, hər zaman olduğu kimi, Azərbaycanla həmrəyliyini nümayiş etdirir. Türkiyə ilə Azərbaycanın apardığı siyasət bölgədə sabitlik sülhün bərqərar olması, xalqların birgə rahat yaşamasına xidmət edir. Əlamətdar haldır ki, Azərbaycanın ərazi bütövlüyünün bərpasına daim öz məsələsi kimi yanaşan qardaş Türkiyə işğaldan azad olunan ərazilərdə bərpa quruculuq işlərində ölkəmizlə çiyin-çiyinədir.

Prezident Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri, sonra Füzuli Zəngilan Beynəlxalq Hava Limanlarının açılışında iştirakı bir daha nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı müttəfiqliyi əbədi dönməzdir. Bu qardaşlıq müttəfiqlik Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın polad kimi möhkəm liderlik iradəsindən qaynaqlanan davamlı birlik inkişaf strategiyasının təntənəsidir. İki ölkə prezidenti arasındakı qardaşlıq münasibətləri ölkələrimizin dostluq bağlarının daha da möhkəmlənməsinə, qardaş xalqlarımızın maraqlarının beynəlxalq miqyasda təmin olunmasına xidmət edir.

2021-ci il iyunun 15- Şuşa şəhərində imzalanan Azərbaycan Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamə iki qardaş ölkənin birlik həmrəyliyinin tərənnümü olmaqla bərabər, özündə üç mühüm tarixi ehtiva edir: Birincisi, bu Bəyannamə tarixi Qars müqaviləsini yeni çalarlarla təsdiqlədi; ikincisi, bu sənəd ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasını özündə yaşadan Milli Qurtuluş Günündə imzalandı; üçüncüsü isə iki qardaş lider tarixi sənədə Qafqazın incisi, türk dünyasının qeyrət qalası sayılan Şuşada imza atdılar. Şuşa Bəyannaməsi isə iki ölkə arasındaki birliyin daha da üst səviyyələrə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edən sənəddir. Bu sənəd Azərbaycanın müstəqilliyi dövründə iki qardaş ölkə arasında imzalanan, hərbi təhlükəsizlik məsələlərini, onun müxtəlif parametrlərini göstərən ilk rəsmi sənəddir. Məhz bu baxımdan, Şuşa Bəyannaməsi tarixi önəm daşıyaraq, regionda yeni geosiyasi geoiqtisadi münasibətlərin başlanğıcını qoydu. Şuşa Bəyannaməsi Türkiyənin Qafqaz regionunda mövcudluğunu möhkəmləndirməklə yanaşı, Azərbaycanın regionda aparıcı dövlət olduğunu da bir daha isbatlamış oldu. Hərtərəfli əməkdaşlığı əhatə edən Bəyannamədə hərbi sahədə əməkdaşlıq məsələlərinin xüsusi yer alması, qlobal arenada birgə manevrlər etmək imkanlarımızı daha da genişləndirəcək. Azərbaycan ordusu NATO-nun ikinci ən güclü silahlı qüvvələri olan Türkiyə ordusunun əsasında modernləşdirilir. Ordunun ayrı-ayrı bölmələrində xidmət keçən zabitlərimizin Türkiyədə müxtəlif kurslarda iştirakı, iki ölkənin keçirdiyi ortaq təlimlər vahid güc nümunəsi yarada bildiyimizi aydın şəkildə bütün dünyaya nümayiş etdirir.

Türkiyədə baş verən zəlzələnin ağır nəticələri bütün dünya ölkələrini, həmçinin Azərbaycan xalqını çox sarsıtmışdır. Hadisə ilə bağlı zəlzələ qurbanlarına dəstək məqsədilə ilk yardım əlini uzadan Azərbaycan dövləti oldu, genişmiqyaslı yardım kampaniyaları həyata keçirildi. Ölkəmizdə Türkiyə xalqına yardım məqsədilə həyata keçirilən ən böyük işlərdən biri Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai birliyinin başlatdığı humanitar kampaniya idi. Azərbaycan xalqı zəlzələdən zərərçəkənlər üçün bir nəfər kimi səfərbər olub, yardım kampaniyasına başlamışdı. Türkiyə dövlət başçısı bildirib ki, Azərbaycan zəlzələ zonasında 1000 ev, məktəb, məscid sosial obyektlər tikəcək: "Evlərin təməlini qardaşımız İlham Əliyevlə birlikdə atdıq. Bütün bunlar "bir millət, iki dövlət" olmağın göstəricisidir".

Türkiyədə keçirilən ikinci tur prezident seçkilərinin nəticələrindən sonra Prezident Rəcəb Tayyib Ərdoğanı ilk təbrik edən lider Azərbaycan Prezidenti İlham Əliyev olub. Türkiyə mediası Prezident İlham Əliyevin təbrikini "Ərdoğanın zəfərinə ilk təbrik qardaş Azərbaycandan gəldi" başlığı ilə yayımlayıb. İlham Əliyev bu qələbəni Türkiyə xalqının Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi siyasətə inamı kimi qiymətləndirib onun rəhbərliyi ilə Türkiyənin hərtərəfli inkişafının növbəti illərdə davam edəcəyinə əmin olduğunu bildirib.

Bu gün Azərbaycan-Türkiyə birliyi regional güc mərkəzi statusunda çıxış etməklə yanaşı, Türk Dövlətləri Təşkilatının əsas istiqamətləndirici faktoruna çevrilib. Bu nüans isə Prezident Ərdoğan tərəfindən seçki-təbliğat kampaniyası dövründə bir neçə dəfə xüsusilə vurğulanmışdı: "Türk dünyasının böyük coğrafiyası var, böyük potensialı var, böyük təbii qaynaqları var, böyük hərbi gücü var". Bunu Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən "TEKNOFEST" aerokosmik texnologiya festivalında çıxışında bildirib. Qeyd edib ki, Türk dünyasının birləşməsində Türk dünyası qarşısında Rəcəb Tayyib Ərdoğanın tarixi xidmətləri böyükdür. İki ölkə arasındakı möhkəm həmrəylik türk dünyasında əlaqələrin inkişafı baxımından da önəmlidir. Bu, yeni dünya nizamının yarandığı şəraitdə türk dövlətlərinin dövrün çağırışlarına cavab verməklə milli-strateji hədəflərə çatması üçün zəmin fürsət yaradır, türkdilli ölkələrin qarşısında yeni perspektivlər açır.

Avrasiyanın ticarət, enerji, nəqliyyat siyasi mərkəzi olan Türkiyə böyük türk dünyasının birləşməsi prosesində aparıcı, tarixi əhəmiyyətli rol oynayır. Müdafiə sənayesinin inkişafı texnoloji yüksəlişi təkcə Türkiyənin deyil, Azərbaycanın da, müttəfiqlərinin mövqeyini gücləndirir, təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Prezident İlham Əliyevin dediyi aşağıdakı fikirlər son 21 ildə Türkiyənin qüdrətli dövlətə çevrilməsində keçdiyi yolun mənzərəsini yaradır: "Kızılelma" havada, "Altay" "Togg" quruda, "Anadolu" dənizdə - bugünkü Türkiyə budur". Prezidentin münasibətlərimizi "Bir yumruq" kimi səciyyələndirməsi bu günümüzün gələcəyimizin başlıca prinsipidir. Keçilən yol göstərir ki, Azərbaycan Türkiyə bərabər hərəkət etdikləri zaman hədəflərinə çatırlar.

Mustafa KAMAL,

"Respublika".