TOGG T10X elektrikli avtomobili Türkiyənin texnoloji tərəqqisinin simvoludur
Türk dünyası

TOGG T10X elektrikli avtomobili Türkiyənin texnoloji tərəqqisinin simvoludur

Türkiyə

Türkiyə 60 illik xəyalının reallaşması kimi qiymətləndirilən yerli avtomobil sənayesində iddialı təşəbbüsü olan TOGG T10X elektrikli avtomobil modeli ilə böyük uğur qazanıb. Belə ki, ölkənin milli və yerli elektrikli avtomobili olan TOGG hər keçən ay istehsalını və paralel olaraq satışını artırmaqdadır. Keçən ay tam elektrik avtomobil satışında TOGG ilk yeri tutub, bir ay ərzində 3003 ədəd TOGG satılıb.

TOGG T10X həm də Türkiyənin avtomobil sənayesində texnoloji inkişafının təsdiqidir. Yerli istehsal olan elektrikli avtomobil həm xüsusiyyətləri, həm də dizaynı ilə dünya səviyyəli təcrübə təqdim edir. Davamlı yeniləmələrlə T10X Türkiyənin elektrikli avtomobil inqilabının öncülü olmağa davam edir.

TOGG T10X modeli uyğun qiymətlərlə tək

lif olunur. Əlavə olaraq, Texnologiya və Komfort Paketi, Qış Paketi, 22 kVt AC Doldurma Gücü, Panoramik Şüşə Dam və Meridian Premium Səs Sistemi kimi seçimlərlə fərqlənir.

May ayında TOGG T10X sərfəli kredit kampaniyası başladıb. 800 min TL-yə qədər kredit, 12 ay müddətli və sıfır faizlə təklif olunan bu kampaniya elektriklə işləyən avtomobil sahibi olmaq istəyənlər üçün fürsətdir. Hazırda avtomobilin qiyməti 1.823.000 TL-dir. T10X modeli V1 və V2 versiyaları ilə fərqli çeşid seçimləri təklif edərək hər ehtiyacı qarşılayır.

TOGG istifadəçi təcrübəsini təkmilləşdirmək üçün müntəzəm proqram yeniləmələri də təklif edir. 1.4.0 yeniləməsi avtomobilin texnoloji xüsusiyyətlərini bir addım irəli aparır. Üztanıma ilə giriş, yeni istifadəçi interfeysi və fərdiləşdirilə bilən ekran rəngləri kimi yeniliklər T10X-i sadəcə bir alətdən yaşayış sahəsinə çevirir. Bundan əlavə, dörd fərqli istifadəçi profili və iqlim planlayıcısı yaratmaq kimi xüsusiyyətlərlə sürücünün unikal təcrübəyə malik olmasını təmin edir.

TOGG T10X sadəcə avtomobil deyil, həm də Türkiyənin texnoloji tərəqqisinin simvoludur və həm Türkiyənin, həm də dünya avtomobil bazarının gələcəyini istiqamətləndirir.

Xatırladaq ki, Bursa vilayətinin Gemlik rayonunda inşa olunan TOGG-un kütləvi istehsal zavodunun rəsmi açılış mərasimi 2022-ci il oktyabrın 29-da keçirilib. Zavodun açılışı ilə yerli avtomobilin kütləvi istehsalı prosesi başlanıb. Açılış mərasimində Prezident Rəcəb Tayyib Ərdoğan TOGG elektromobilini sınaqdan keçirib və  bildirib ki, zavodda  il ərzində 175 min avtomobil istehsal olunacaq, 2030-cu ilə qədər istehsal 1 milyonu ötəcək.

TOGG elektromobilləri altı rəngdə istehsal olunur. Avtomobil iki modifikasiyada - 200 və 400 at gücündə elektrik mühərriki ilə buraxılır. Ən güclü versiyasında 0-dan 100 kilometr-saat sürəti 4,8 saniyəyə yığa bilir. Elektromobilin maksimal gediş məsafəsi isə 500 kilometrə yaxındır. Avtomobillərin hazırlanması zamanı onların ətraf mühit üçün tam zərərsiz olmasına xüsusi diqqət yetirilib.

Onu da qeyd edək ki, TOGG 13 mart 2023-cü ildə satışa çıxarılıb.

Esmira Yazkan ASLANOVA,

"Respublika" qəzetinin

Türkiyə üzrə müxbiri.