Tibbi tullantıların idarə edilməsi sahəsində yaradılmış işçi qrupun ilk iclası keçirilib
Ekologiya

Tibbi tullantıların idarə edilməsi sahəsində yaradılmış işçi qrupun ilk iclası keçirilib

Tibbi tullantıların idarə edilməsi sahəsində mövcud problemlərin effektiv həlli üçün koordinasiyalı fəaliyyətin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər və Səhiyyə nazirliklərinin birgə əmri  ilə yaradılmış işçi qrupun ilk iclası keçirilib.

İclasda işçi qrupun rəhbərləri ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev və səhiyyə nazirinin müavini Nadir Zeynalov, eləcə də Ekologiya və Təbii Sərvətlər, Səhiyyə, İqtisadiyyat nazirliklərinin, Dövlət Statistika Komitəsinin, digər maraqlı tərəflərin nümayəndələri iştirak edib. 25 iyun ETSN-dn bildirilir/

Ekologiya və Təbii Sərvətlər, Səhiyyə Nazirliklərinin və TƏBİB-in nümayəndələri tərəfindən tibbi tullantıların idarə olunması sahəsində mövcud vəziyyət və görülmüş işlər, tibb müəssisələrində işləyən heyətin tibbi tullantıların idarə edilməsi üzrə bilik və bacarıqlarının artırılması planları və həmçinin tibbi tullantıların müasir tələblərə uyğun zərərsizləşdirilməsi və digər məsələlər barədə geniş müzakirələr aparılıb.

“Respublika”.