TİBB İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI
Region

TİBB İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI

17 iyun -Tibb işçilərinin Peşə Bayramı Günü Göygöl rayonunda qeyd olunub. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla anılıb. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, rayon Mərkəzi Xəstəxanası–Publik Hüquqi Şəxsin rəhbərliyi və bir qrup tibb işçiləri iştirak ediblər. Çıxışında edən Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkəmizdə səhiyyənin inkişafı sahəsində bir sıra mühüm islahatların həyata keçirildiyini, müstəqillik illərində müasir xəstəxana infrastrukturunun yaradıldığını diqqətə çatdırmışdır. Bu gün, ümummilli liderin uzaqgörən siyasətini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən səhiyyənin inkişafına xüsusi diqqət yetirildiyini, əhalinin sağlamlığının qorunması dövlətin əsas prioritet sahələrindən biri olduğunu vurğulayıb. Dövlət başçısının rəhbərliyi altında milli səhiyyə sistemimiz sürətlə müasirləşir, vətəndaşlarımız dövlətin yaratdığı tibb xidmətlərindən yüksək səviyyədə yararlanır.

Sonra,  səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən bir sıra tibb işçisi Göygöl Rayon İcra Hakimiyyətinin başçısının Elvin Paşayevin müvafiq Sərəncamı ilə “Fəxri Fərman”la təltif ediliblər.

                   Zabit XƏLİLOV,

                   “Respublika”.