Tesla elektirikli avtomobillerə endirimləri açıqlayıb
Digər xəbərlər

Tesla elektirikli avtomobillerə endirimləri açıqlayıb

Minlərlə insanın işdən çıxarılacağını elan etdikdən qısa müddət sonra Tesla şirkəti Avropa da daxil olmaqla, bütün dünyada elektrikli avtomobillərinin qiymətlərini endirdiyini elan edib

"Respublika" xəbər verir ki, milyarder iş adamı Elon Muska məxsus Tesla, satışların azalması və rəqabətin artması ilə mübarizə aparmaq üçün bəzi avtomobillərinin qiymətlərini endirəcəyini bildirib.

Şirkət, Avropanın aparıcı ölkələrindən olan Almaniyada endirimləri artıq elan edib. Bununla yanaşı, şirkət  Avropanın digər bölgələrində, eləcə də Orta Şərq və Afrikada daha da populyarlaşmaq arzusundadır.

Qeyd edək ki, Almaniyada Tesla "Model 3"ün qiyməti 42.990 avrodan 40.990 avroya enəcək.