Tərtərdə ölümlə nəticələnən yol qəzası baş verib
Gündəm

Tərtərdə ölümlə nəticələnən yol qəzası baş verib

Tərtərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Respublika" xəbər verir ki, Bərdə şəhər sakini, 1992-ci il təvəllüdlü Abidov Münasib Asif oğlu idarə etdiyi “Ford” markalı avtomobildə idarəetməni itirərək yol kənarında ağaca çırpılıb. Hadisə nəticəsində sürücü ölüb.