Tərtərdə mina partlayışı
Gündəm

Tərtərdə mina partlayışı

Oktyabrın 6-da saat 17 radələrində Tərtər rayonunun Çaylı kəndi ərazisində mina partlayışı baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, rayonun Həsənqaya kənd sakini 1989-cu il təvəllüdlü Yaquar Əliheydər oğlu Hadıyev piyada əleyhinə minaya düşməsi nəticəsində həlak olub. Hadisə ilə əlaqədar araşdırma aparılır.

***

Oktyabrın 6-da saat 20:30 radələrində Tərtər rayonunun Həsənqaya kəndi ərazisində kənd sakini 1986-cı il təvəllüdlü Zaməddin Həsənlinin minaya düşməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Z.Həsənli minaya düşməsi nəticəsində ayağından xəsarət alıb. O, dərhal xəstəxanaya çatdırılıb. Araşdırma aparılır.

***

Oktyabrın 6-sı saat 21 radələrində Tərtər rayonunun Həsənqaya kəndi ərazisində 1992-ci il təvəllüdlü Zaləddin Həsənlinin minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb. Hazırda qeyd edilən faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.