Taxıl biçini davam edir
Region

Taxıl biçini davam edir

Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə taxılçılığın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü işlər görülür. Bu sahəyə marağın artırılması məqsədilə bağlı dövlət tərəfindən torpaq mülkiyyətçilərinə verilən əlavə subsidiyalar, aparılan tədbirlər, yeni torpaq sahələrinin dövriyyəyə qatılması ölkədə taxılçılığın ilbəil genişlənməsi istiqamətində atılan uğurlu addımlardır.

Ölkə rəhbərinin taxılçılığın inkişaf etdirilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələr, verdiyi tapşırıq tövsiyələr Cəbrayıl rayonunda da böyük uğurla həyata keçirilir. Belə ki, dövlət tərəfindən göstərilən qayğını, hər cür dəstəyi hiss edən, texnika lazım olan bütün ləvazimatlarla təmin olunan fermerlər, kənd adamları rayonda taxılçılığın inkişafı üçün hər il bu sahəyə daha çox maraq göstərirlər.

Rayonda cari ilin məhsulu üçün 2022-ci ilin payızında 18792 hektar sahədə payızlıq taxıl səpini aparılmışdır ki, ondan da 16197 hektarı buğda, 2595 hektarı isə arpa sahəsidir.

2023- ilin may ayının sonlarından başlayaraq rayonda taxıl biçininə başlanılıb. İndiyədək 564 hektar sahədə biçin aparılmışdır ki, ondan 547 hektarı arpa, 17 hektarı isə buğdadırBiçilmiş sahələrdən 1761 ton məhsul yığılmışdır. Taxıl biçininə 4 kombayn cəlb edilmişdir. Hazırda taxıl biçini sürətlə davam edir.

Tofiq HÜSEYN,

"Respublika".