Elm və Təhsil Nazirliyində Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası
Elm və təhsil

Elm və Təhsil Nazirliyində Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası

Mayın 10-da Elm və Təhsil Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyasında iştirak edib.

Nazirlikdən “Respublika”ya bildirilib ki, tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov Ulu Öndərin Azərbaycan təhsilinin inkişafındakı misilsiz xidmətlərindən danışıb.

Qeyd edək ki, aksiya çərçivəsində 100-ə yaxın ağac əkilib.