“Sumqayıt” Azərbaycan Premyer Liqasında rekorda imza atıb
İdman

“Sumqayıt” Azərbaycan Premyer Liqasında rekorda imza atıb

“Sumqayıt” komandası Azərbaycan Premyer Liqasında tarixi ərzində ən çox xalı toplayıb.

"Respublika" klubun rəsmi saytına istinadən xəbər verir ki, Samir Abasovun başçılıq etdiyi kollektiv geridə qalan mövsümü 57 xalla başa vurub. “Gənclik şəhəri” təmsilçisi keçirdiyi 36 qarşılaşmanı 15 qələbə, 12 heç-heçə və 9 məğlubiyyətlə tamamlayıb.

Qeyd edək ki, “Sumqayıt” bundan öncə ən çox xalı da məhz Samir Abasovun rəhbərliyi altında 2017-2018-ci illər mövsümünün yekununda toplayıb – 40 xal. Həmin mövsümdə Azərbaycan Premyer Liqasında 8 komanda mübarizə aparıb və ümumilikdə 28 tur oynanılıb.