XXI əsrin ən çox oyun keçirən futbolçularının yeni reytinqi açıqlanıb
İdman

XXI əsrin ən çox oyun keçirən futbolçularının yeni reytinqi açıqlanıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) XXI əsrin ən çox oyun keçirən futbolçularının reytinq cədvəlini yeniləyib.

"Respublika" xəbər verir ki, 21 oyunçunun yer aldığı siyahıya Portuqaliya yığmasının və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu başçılıq edir. 39 yaşlı forvard həm milli, həm klub səviyyəsində 1204 matç keçirib. Bununla da ulduz futbolçu bu rəqəmə çatan ilk oyunçu olub.

Braziliyalı Fabio (1156) ikinci, onun həmyerlisi Dani Alveş (1056) isə üçüncü pillədə qərarlaşıb.

Ən çox oyun keçirən futbolçuların siyahısı:

1. Kriştianu Ronaldu (Portuqaliya) – 1204 oyun

2. Fabio (Braziliya) – 1156 oyun

3. Dani Alveş (Braziliya) – 1056 oyun

4. Lionel Messi (Argentina) – 1047 oyun

5. Luka Modriç (Xorvatiya) – 1010 oyun

6. Joau Moutinyu (Portuqaliya) – 997 oyun

7. İker Kasilyas (İspaniya) – 974 oyun

8. Serxio Ramos (İspaniya) – 974 oyun

9. Zlatan İbrahimoviç (İsveç) – 953 oyun

10. Andres İnyesta (İspaniya) – 949 oyun

11. Yasuhito Endo (Yaponiya) – 944 oyun

12. Edin Ceko (Bosniya və Herseqovina) – 940 oyun

13. Luis Suares (Uruqvay) – 938 oyun

14. Xavi Ernandes (İspaniya) – 937 oyun

15. Ceyms Milner (İngiltərə) – 929 oyun

16. Pepe Reyna (İspaniya) – 926 oyun

17. İvan Rakitiç (Xorvatiya) – 920 oyun

18. Aleksis Sançes (Çili) – 920 oyun

19. Kərim Benzema (Fransa) – 917 oyun

20. Rocerio Seni (Braziliya) – 905 oyun

21. Xesus Navas (İspaniya) – 904 oyun