Suh Byonq-su: Koreya ilə Azərbaycan arasında bir çox tarixi oxşar təcrübələr mövcuddur
MÜSAHİBƏLƏR

Suh Byonq-su: Koreya ilə Azərbaycan arasında bir çox tarixi oxşar təcrübələr mövcuddur

Mən ilk dəfə Azərbaycana 2009-cu ildə Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri olarkən gəlmişdim. Keçən il bir dəfə Azərbaycanda olmuşam. Bu, mənim Azərbaycana üçüncü səfərimdir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Koreya Milli Assambleyasının üzvü, Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Suh Byonq-su söyləyib.

Suh Byonq-su Azərbaycana səfərin məqsədini belə izah edib: "Səfərimizin məqsədi Koreya və Azərbaycan nümayəndələrinin tez-tez görüşməsinə nail olmaq, iqtisadi əməkdaşlığı müzakirə etmək, məsləhətləşmələr vasitəsilə hər iki ölkənin inkişafına töhfə verməkdir".

Koreya ilə Azərbaycan arasında bir çox tarixi oxşar təcrübələrin olduğunu bildirən parlamentari deyib: "Şəhidlər xiyabanında Azərbaycanın azadlığı uğrunda canını fəda etmiş insanların xatirələrini yad etdim. Çünki Koreya da belə təcrübəyə malikdir. Ümumiyyətlə, ölkələrimiz arasında bir çox tarixi oxşar təcrübə mövcuddur. Bunların əsasında birgə əməkdaşlıq sayəsində gələcəkdə daha böyük nailiyyətlər əldə olunacağına əminəm".