Stotüstü tennisçilərimiz 1/4 finala yüksəliblər
İdman

Stotüstü tennisçilərimiz 1/4 finala yüksəliblər

Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında stolüstü tennis yarışında ölkəmizi təmsil edən komandamız 1/4 finala vəsiqə qazanıb.

"Respublika" xəbər verir ki, əvvəlcə qızlardan ibarət kollektiv 1/8 final mərhələsində Şri-Lankanı 3:0 hesabı ilə məğlub edib. Daha sonra oğlanlardan ibarət komanda Rusiya tennisçilərinə eyni hesabla qalib gəlib.

Qeyd edək ki, avqustun 31-dək keçiriləcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar.

Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi, 15-i qadın olmaqla 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışırlar.