“Zəfər” turnirinin püşkatma mərasimi keçirilib
İdman

“Zəfər” turnirinin püşkatma mərasimi keçirilib

AFFA-nın təşkilatçılığı ilə ardıcıl 4-cü dəfə təşkil ediləcək ənənəvi “Zəfər” turnirinin püşkatma mərasimi keçirilib.

"Respublika" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, turnirdə Premyer Liqada mübarizə aparan klublar, eləcə də AFFA-nın və PFL-in əməkdaşlarından ibarət komandalar mübarizə aparacaq.

Təsnifat mərhələsi, 6 noyabr

“Araz-Naxçıvan” – “Turan Tovuz”

“Sabah” – “Qarabağ”

“Neftçi” – “Zirə”

“Sumqayıt” – “Kəpəz”

¼ final mərhələsi

“Qəbələ” – “Araz-Naxçıvan” / “Turan Tovuz” cütünün qalibi

“Səbail” – “Sabah” / “Qarabağ” cütünün qalibi

AFFA – “Neftçi” / “Zirə” cütünün qalibi

PFL – “Sumqayıt” / “Kəpəz” cütünün qalibi

Qeyd edək ki, turnirin keçirilməsində əsas məqsəd 44 günlük Vətən Müharibəsində qazanılmış qələbəni futbol veteranları, klub nümayəndələri ilə birlikdə qeyd etmək, onların asudə vaxtlarını daha səmərəli təşkil etməkdir.