Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 492 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 492 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 492 yoluxma faktı qeydə alınıb, 556 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 816 min 87 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 802 min 951 nəfər müalicə olunaraq sağalıb, 9 min 831 nəfər vəfat edib. Aktiv xəstə sayı 3 min 305 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 487, bu günə qədər isə ümumilikdə 7 milyon 176 min 524 test icra olunub.

AZƏRTAC