Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 43 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 43 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 43 yoluxma faktı qeydə alınıb, 45 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 827 min 823 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 min 504 nəfər müalicə olunaraq sağalıb, 10 min 77 nəfər vəfat edib. Aktiv xəstə sayı 242 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 183, indiyə qədər isə ümumilikdə 7 milyon 479 min 912 test icra olunub.                     

 

Ötən gün Azərbaycanda COVID-19 əleyhinə 350 doza vaksin vurulub

Yanvarın 26-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 350 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 169, ikinci doza vaksinlərin sayı 44, üç və daha çox doza vaksinlərin sayı 114, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 23-dür.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 941 min 202, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 401 min 798, ikinci mərhələ üzrə 4 milyon 876 min 797, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 397 min 440, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 265 min 167-dir.