Sizə minnətdarıq, ağxalatlı həkimlər
Digər xəbərlər

Sizə minnətdarıq, ağxalatlı həkimlər

Bu yaxınlarda ikinci qrup əlil həyat yoldaşım Kəmalə Kərimli ağır vəziyyətdə Binəqədi Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə yerləşdirildi. Dərhal xəstəxananın direktoru Əsədulla Sultanov göstərişlərini verdi.

Baş həkim Rafiq Nağıyevin rəhbərliyilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinin müdiri Elşən Əliyev, terapiya şöbəsinin həkimi Leyla Həsənovanın nəzarəti altında həkim qrupu müayinələrə başladı. Müalicə kursu təyin olundu. Tez bir zamanda həyat yoldaşımın halı yaxşılaşdı. Tibb işçiləri onu böyük qayğı ilə əhatə etmişdilər. Burada tibb bacılarının, sanitarların da əməyi danılmazdır.

Həyat yoldaşım evə yazıldıqdan sonra da Elşən həkim onunla əlaqə saxlayır, vəziyyətilə maraqlanırdı.

Göstərilən yüksək tibbi xidmətə, qayğıya görə Binəqədi Tibb Mərkəzinin bütün tibb personalına təşəkkürümü bildirirəm. Sizə minnətdarıq, ağxalatlı həkimlər.

Əmrah CƏFƏROV,

Birinci Qarabağ müharibəsi veteranı və əmək veteranı,

Qərbi Azərbaycan İcmasının üzvü.