Siyasi iradə və qətiyyətli mövqe
Siyasət

Siyasi iradə və qətiyyətli mövqe

Sülh sazişi imzalanmalıdır

"Artıq Ermənistan bizim ərazi bütövlüyümüzü tanıdıqdan sonra faktiki olaraq sülh müqaviləsi üçün hər hansı bir ciddi maneə qalmayıb. Əminəm ki, yaxın gələcəkdə, - əgər yenə Ermənistan saxtakarlıq etməsə yenə öz mövqeyini dəyişməsə, - sülh müqaviləsi imzalana bilər". Bu fikri mayın 28- Azərbaycan Prezidenti İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşdə deyib.

Prezident İlham Əliyevin Laçın şəhərinə səfəri oradakı çıxışı hər bir azərbaycanlı üçün qürurverici idi. Cənab Prezident çıxışında bildirdi ki, bu gün müstəqil Azərbaycan dövləti dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib istənilən nəticəni əldə etməyə qadirdir. Son vaxtlar beynəlxalq təşkilatlar da faktiki olaraq bizim mövqeyimizlə tamamilə razılaşıblar. Ona görə ki, biz haqlıyıq mövqeyimizdən kənara bir addım belə atmırıq. Lakin sülh müqaviləsi beynəlxalq şərtlər əsasında olmalıdır, Naxçıvana yolumuz açılmalıdır Qarabağda hələ kök salmış Ermənistan ordusunun nümayəndələri oradan çıxarılmalıdır.

Azərbaycanın açıq bəyan edilmiş beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş sülh gündəliyi təşəbbüsləri Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib. Bu, təkcə Azərbaycan Ermənistan arasında deyil, ümumiyyətlə, Cənubi Qafqaza aid məsələdir. Azərbaycanın, həmçinin Qafqazda yeni dövrü - sülh əməkdaşlıq dövrünü təşviq etdiyini vurğulayan Prezident İlham Əliyev deyib: "Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün 5 prinsipdən ibarət sülh paketi təklif edib sonda Ermənistan hökuməti pozitiv yanaşaraq bu təklifləri qəbul edib. Bu prinsiplər Ermənistanla imzalanacaq sülh müqaviləsinin əsasını təşkil edəcək. Eyni zamanda, Ermənistan bu prinsiplərə əsaslanaraq Azərbaycanla delimitasiya prosesinin başlanması üçün birgə işçi qrupunun yaradılmasına razılıq verib. Düşünürəm ki, bütün bunlar İkinci Qarabağ müharibəsindən sonra baş verən pozitiv siqnaldır". Cənubi Qafqaz inteqrasiya edilmiş təhlükəsizlik əməkdaşlıq məkanı olmalıdır. Azərbaycan Gürcüstan arasında ikitərəfli artıq beynəlxalq səviyyədə çox sıx əməkdaşlıq var. Lakin Ermənistan bu bölgədə təcrid olunmuş ada kimi yaşamaqda davam edə bilməz. Onlar münasibətləri normallaşdırmalıdırlar, Azərbaycana Türkiyəyə ərazi iddialarına son qoymalıdırlar.

Biz işğal dövründə yalnız Qarabağı geri qaytarmaq üzərində düşünmürdük. Azərbaycan hər zaman müstəqilliyin gücləndirilməsi onun dönməz xarakter alması, habelə heç kəsdən, siyasi, iqtisadi, enerji cəhətdən asılı olmamağın üzərində çalışıb buna nail olub. Ölkəmiz tam olaraq müstəqil oldu, müstəqil siyasət aparmaq imkanını əldə etdi Qarabağı geri qaytardı.

Xatırladaq ki, düşmən havadarları bu ya digər formada işğal olunmuş digər rayonları qaytarmağa "razılıq" versələr , Laçını Kəlbəcəri heç vaxt "güzəştə" getməyəcəklərini bəyan edirdilər. Ölkə başçısının Vətən müharibəsindəki hərbi-siyasi qələbə ilə yaratdığı reallıq nəinki düşmənin iradəsini qırdı, üstəlik, Ermənistanı vadar etdi ki, Laçını Kəlbəcəri bir güllə atılmadan tərk etsin. Eyni zamanda postmüharibə dövründə ermənilər ən çox təxribat manipulyasiyaları məhz Laçın istiqamətində törədirdilər. Lakin Ali Baş Komandanın qətiyyətli mövqeyi ilə sərhəd-buraxılış məntəqələrinin qurulması həm Ermənistan onun havadarlarını, həm separatçıları tamamilə dalana dirədi. Belə bir yeni geosiyasi situasiyada İlham Əliyevin Laçına ilk qayıdışı reallaşdırması Laçın şəhərindən verdiyi bəyanatlar Azərbaycan liderinin qətiyyətinin göstəricisi olmaqla bərabər, əslində, bütövlükdə bölgə üçün yeni yol xəritəsi hesab edilməlidir. Qarabağda yaşayan ermənilər vahid Azərbaycan dövlətində özlərini daha təhlükəsiz rahat hiss edə bilərlər. Bunun üçün ermənilər, ilk növbədə, separatizm meyillərinə son qoymalı, reallıqları anlamalıdırlar.

Tarixi Zəfərimizin reallıqları fonunda Azərbaycan bölgədə davamlı sülhün təhlükəsizliyin təmini, Ermənistanla münasibətlərində yeni səhifənin açılması üçün sülh müqaviləsinin imzalanmasını təklif etdi. Ölkəmiz bunun reallığa çevrilməsi üçün üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir bunu qarşı tərəfdən tələb edir. Sülh müqaviləsinin imzalanması istiqamətində aparılan danışıqlar, keçirilən görüşlər Azərbaycanın diplomatik uğurlarının davamlılığının təsdiqidir. Hazırda ABŞ Rusiya, eləcə Avropa İttifaqı Cənubi Qafqazda mövqelərini qorumaq üçün Qarabağ kartından yararlanmağa çalışırlar. Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması üçün tərəflərin görüşləri intensivləşib. Əlbəttə ki, vasitəçi tərəflər bununla həm siyasi manevrlər edirlər. Brüsseldə Qarabağ üzərində Azərbaycanın suverenliyinin Ermənistan tərəfindən tanınmasının normallaşma prosesinə çox böyük faydası var. Son Kreml görüşlərində aydın göründü ki, Rəsmi İrəvanın bunu qəbul etməsinə Rusiya da öz etirazını bildirmir. Lakin bizim üçün maraqlı olan sülhün yaranmasıdır. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi artıq sülh müqaviləsinin imzalanması prosesinin yaxınlaşmasına işarədir.

Ölkə başçısı bildirib ki, danışıqlar aparılan müddətdə iqtisadiyyatımızı gücləndirdik bu gün heç kimdən asılı deyilik: "Dünya miqyasında nadir ölkələrdənik ki, iqtisadi cəhətdən tam müstəqilik. Siyasi gücümüzü artırdıq, bu gün Azərbaycanla hesablaşırlar. Ən azı regional təhlükəsizlik inkişaf məsələlərində Azərbaycanın razılığı olmadan heç bir təşəbbüs həyata keçirilə bilməz. Bu gün dünya miqyasında bir çox məsələlərdə Azərbaycanın mövqeyi önəmli mövqe kimi sayılır". Azərbaycan ildən-ilə daha da güclənir. Eyni zamanda dövlətimizin beynəlxalq əlaqələri genişlənir möhkəmlənir. Sülh prosesinin süni surətdə ləngidilməsi Ermənistan, regionumuz üçün müsbət heç vəd etmir. Ermənistan sülh danışıqlarının əngəllənməsinə görə yaranan regional inkişaf problemlərinə görə məsuliyyət daşıyır. Azərbaycan isə regional inkişaf sabitliyin yaranmasına çalışır. Bunun üçün Cənubi Qafqazda davamlı sülh olmalıdır. Aparılan ikitərəfli üçtərəfli görüşlərdən görünür ki, Azərbaycan diktəedici mövqe sərgiləyir. Azərbaycanın sülh üçün 5 baza prinsipləri ilə bağlı təklifləri Ermənistan tərəfindən qəbul olunub. Normallaşma prosesi ancaq Azərbaycanın maraqları çərçivəsində aparılmalıdır. Ermənistan isə heç bir halda Azərbaycanla müqayisəyə gəlmir. Çünki bu işğalçı ölkə ildən-ilə daha da zəifləyir. Ermənistan daxilindəki separatçı qüvvələr hesabına tənəzzülə uğrayır. Ermənistandan başqa ölkələrə kütləvi köç hələ müşahidə olunmaqdadır.

Azərbaycanın apardığı uğurlu siyasət nəticəsində Ermənistan təcrid vəziyyətinə düşüb. Bu istiqamətdə ölkəmiz səylərini davam etdirir. Azərbaycan Ermənistanın işğalçı siyasətini bütün beynəlxalq təşkilatlarda ifşa edir. Bu siyasətin nəticələri özünü göstərməkdədir. Azərbaycan Prezidenti İlham Əliyevin "güclü dövlət, güclü iqtisadiyyat sosial rifah" konsepsiyası Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edib. Bunun nəticəsində, ölkəmiz uğurla inkişaf edir. Məhz ölkəmizin iqtisadiyyatın inkişaf tempinə görə regionda lider dövlətə çevrilməsi Azərbaycan hökumətinin yürütdüyü müstəqil siyasətin məntiqi nəticəsidir. Azərbaycanın müstəqil xarici siyasət yürütmək imkanlarını Prezident İlham Əliyevin güclü şəxsiyyət kimi qəti iradəsi, dərin strateji baxışı, düşünülmüş, çevik qərarları uzaqgörən siyasəti şərtləndirir. Biz gələcəyə baxırıq hesab edirik ki, suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, BMT-nin Nizamnaməsi, beynəlxalq hüququn bütün əsas normaları prinsipləri əsasında sülh müqaviləsinə nail olmaq mümkündür, bu müqavilə çoxillik düşmənçilik səhifəsini çevirəcək.

Mustafa KAMAL,

"Respublika".