Şəhriyarın anım günü qeyd olundu
Digər xəbərlər

Şəhriyarın anım günü qeyd olundu

Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən qəhrəman Vətən oğullarından biri, şəhid  Şəhriyar Əkbər oğlu İsmayılzadənin anım günü qeyd olundu.

“Respublika” xəbər verir ki, Şəhriyar 1994-cü ildə Şirvan şəhərində anadan olub. Şirvan şəhər 12 saylı tam orta məktəbi bitirib. Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 8 noyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalan  Şəhriyar İsmayılzadə Şirvan Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında qarşıya qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək göstərdiyi şücaət və qəhrəmanlıqlara görə şəhid Şəhriyar İsmayılzadə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Hərbi xidmətdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Anım günündə doğmaları,yaxınları,dostları,keçmiş müəllimləri tərəfindən igid döyüşçünün xatırəsi dərin hörmət və ehtiramla yad olundu,Vətənə,xalqa layiq oğul böyütdükləri üçün Şəhriyarın valideynlərinə dərin minnətdarlıq ifadə edildi.

Tofiq Hüseyn,

“Respublika”