“Şəhidlər parkı” bərpa olundu
Digər xəbərlər

“Şəhidlər parkı” bərpa olundu

Masallı rayonunun Ərkivan qəsəbəsində “Şəhidlər parkı” abidə kompleksi   qəsəbənin mərkəz hissəsində yerləşir. İnsanların ən çox ziyarət etdiyi bu müqəddəs yer-  abidə kompleksi Birinci və İkinci Qarabağ şəhidləri ilə yanaşı 1941-1945 Böyük Vətən müharibəsində həlak olan ərkivanlıların əziz xatirəsinə ucaldılıb.

Son vaxtlar kompleks   bir qədər yararsız  hala düşmüşdü. Onun təmirinə ehtiyacı vardı. 

“Respublika” xəbər verir ki, bu xeyirxah  işi   “Ərkivan Xeyriyyə Cəmiyyəti” öz üzərinə götürdü. 

Çox keçmədi  ki, kompleks yüksək keyfiyyətlə   qəsəbə sakini, gənc iş adamı Amid İbadovun vəsaiti hesabına əsaslı təmir edilib, yeni görkəmə salındı.

Belə ki, onun əsas hissəsinin daş döşəməsi yeniləndi, sökülən səkilərə suvaq vuruldu, həmçinin kompleksdə olan lövhələr boyanaraq üzərində olan yazılar daha müasir və keyfiyyətli yazılarla əvəz edildi.  Ən əsası İkinci Qarabağ  müharibəsi zamanı canını  Vətənə qurban verən  4 ərkivanlı şəhidin məlumat lövhəli şəkilləri digər şəhidlərin şəkillərinin yanına əlavə olundu. Ərazidə  digər abadlıq-quruculuq işləri də görüldü.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü