“Heydər zirvə”sinə yürüş
Digər xəbərlər

“Heydər zirvə”sinə yürüş

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Ali Məhkəməsi Aparatının bir qrup əməkdaşı “Heydər zirvəsi”nə yürüş edib. Ali Məhkəmənin məlumatında bildirilib ki, Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən zirvəyə yürüş mürəkkəb relyef və sərt iqlim şəraitində həyata keçirilib.

Yürüş iştirakçıları “Heydər zirvə”sində Ulu Öndərin unudulmaz xatirəsini dərin ehtiramla anıblar.

Aparat əməkdaşları zirvədə Azərbaycan Respublikasının Dövlət bayrağı və Ali Məhkəmənin rəmzi olan bayrağı ucaldıblar.

“Respublika”.