Dünyada təhlükəli gərginlik və təhlükəsizlik adası Azərbaycan
Digər xəbərlər

Dünyada təhlükəli gərginlik və təhlükəsizlik adası Azərbaycan

Dünya ölkələri bu və digər coğrafiyalarda baş verənmünaqişələrə cəlb olunur və yaxud da həminmünaqişələrin təsirlərinə məruz qalır. Bu baxımdanhazırkı reallıqlar fonunda yüksək təhlükəsizlikmühitinin təmin olunması olduqca böyük iradə, təcrübəvə strateji baxış tələb edir.  Rusiya-Ukrayna, İsrail-İran müharibələri, Afrikada gərginliklər və s. narahatlıqyaradır. Politoloqların qənaətinə görə, faktikj olaraq üçüncü dünya müharibəsi başlayib. Mühüm məqamodur ki, hadisələr Azərbaycanın şimal va cənub qonşularının iştirakilə baş verir. Mövcud reallıqlar belədeməyə əsas verir ki, dünyanın bölünməsi və ayrıcıxətlərin cızılması prosesi davam edir.

Ərazi bütövlüyü və suverenliyini bərpa etməsi, sabit, dayanıqlı inkişafı ölkəmizin təhlükəsizliyini daha da möhkəmləndirdi. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan bu gün dünya miqyasında müstəqil siyasət aparan ölkələrdən biridir. Belə ölkələrin sayı çox deyil, xüsusilə əhali və ərazi baxımından böyük olmayan ölkələrə bu, o qədər də xas deyil. Biz isə müstəqillik yolu ilə gedirik və azad, müstəqil həyatımız bizim üçün hər şeydən üstündür. Dövlət başçısının yürütdüyü çevik, praqmatik və tarazlaşdırılmış çoxşaxəli xarici siyasət ölkəmizin ətrafında müsbət mühitin formalaşmasına, xaricdən olan hədə və təhdidlərin preventiv əsaslarla neytrallaşdırılmasına xidmət edir.

Bu gün Azərbaycan regionda sabitlik və təhlükəsizlik adası kimi tanınır. Milli maraqlara əsaslanan müstəqil və çevik xarici siyasətin həyata keçirilməsində Prezident İlham Əliyevin qonşu və digər dövlətlərin başçıları ilə görüşləri, yüksək səviyyəli dialoqu və müzakirələri müstəsna əhəmiyyətə malikdir. Prezidenti İlham Əliyevin iradəsi ilə regiondakı proseslər, xüsusilə regional təhlükəsizlik sisteminin qurulması inkişaf etməkdədir. Çünki Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü təmin etdikdən sonra bütün regional geosiyasi konfiqurasiyanın xarakteri dəyişmiş, tam yenilənmişdir. Bu da bir reallıqdır ki, dünyada  mövcud problemlər və qarşıdurmalar fonunda Azərbaycan iqtisadi-hərbi qüdrətini, regionda və dünyada nüfuzunu artırır. Dünyanın aparıcı gücləri isə bu gün yaratdıqları və görməzdən gəldikləri çoxsaylı problemlərin həlli ilə məşğuldurlar. Beynəlxalq ictimaiyyətin üzləşdiyi gərginlik, qarşıdurma, müharibə və iqtisadi böhranlar fonunda ölkəmizdə sabitliyin hökm sürməsi Azərbaycanın haqlı, ədalətli mövqeyinin nəticəsidir.

Rəsmi Bakı bütün görüş və toplantılarda sülh çağırışlarına sadiqliyini nümayiş etdirir. Azərbaycan qalib ölkə olmasına baxmayaraq regional sabitliyin, təhlükəsizliyin təmini  məqsədilə İrəvana sülh, əməkdaşlıq təklifləri edir. Ancaq Ermənistan və onun Avropadakı havadarları ara qarışdırmaqla məşğuldurlar. Azərbaycan regionda həyata keçirilməsinə cəhd olunan planlara qarşı qəti mövqe bildirir və buna qarşı çıxır.

Azərbaycan ötən il ərazi bütövlüyünü və suverenliyinitam  bərpa etdikdən sonra bu istiqamətdə dəfələrlə əməli addımlar atıb. Regional, qlobal əhəmiyyətli layihələrin reallaşmasının müəllifi və iştirakçısı olub. 44 günlük müharibə başa çatandan sonra “3+3” formatda əməkdaşlıq təklifi də Azərbaycanın regional və qlobal təhlükəsizlik, sülhə töhfə vermək istəyinin təsdiqidir. Hazırda Cənubi Qafqazın döyüş arenasına çevrilməsi planlarının işə salındığı müşahidə olunur. Təəssüf ki, Avropa İttifaqının müxtəlif qurumlarında rəsmi Parisin müharibəyə təhrik havasına oynayanlar tapılır. Lakin Yelisey sarayının Cənubi Qafqazda savaş arzusu gözündə qalacaq. ABŞ, Avropa İttifaqı vəErmənistanın aprelin 5-də nəzərdə tutulan görüşüərəfəsində çox  proqnozlar verildi, müzakirələraparıldı. Bildirilirdi ki, ABŞ və Avropa İttifaqı Ermənistan üçün xüsusi “təhlükəsizlik paktı” hazırlayır. Amma Azərbaycanın siyasi və diplomatik səyləri nəticəsiz qalmadı, məlum oldu ki, heç bir “təhlükəsizlik paktı” imzalanmaycaq. Prezident İlham Əliyev bəyan edirdi ki, aprelin 5-də keçirilməsi planlaşdırılan ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq təxirə salınmaması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayrıcı xətlərin ,gərginliyin yaranmasına gətirib çıxaracaq. ABŞ-ın dövlət katibi, Avropa İttifaqının təmsilçiləri Prezidentİlham Əliyevə zəng edərək onu əmin etməyə çalışdılarki, görüşdə ölkəmizlə bağlı müzakirələr aparılmayacaq və bu görüş Azərbaycana qarşı yönəlməyib. Üçtərəfli görüş Ermənistanın iqtisadi problemlərinin həllinə, bu ölkədə aparılan siyasi-iqtisadi islahatlara həsrolunacaq.

Brüsseldə Ermənistanın “iqtisadi inkişafı” məsələsinin müzakirə olunacağı vəd edilsə də, bir neçə yüzmilyonluq yardım üçün belə formatda görüşə ehtiyac yox idi. Deməli, məqsəd hərbi yardımın ayrılması və hərbi paktın imzalanması idi. Xüsusilə də görüşdən sonra Ermənistan tərəfinin cəbhədə təxribatlar törətməsi bu məqama işıq salır və Azərbaycanın narahatlığının əsassız olmadığını sübut edir. Görüş ərəfəsində regionun digər geosiyasi aktorlarının davranışı da çox şey deyirdi. Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yaydı ki, Azərbaycanın iştirakını nəzərdə tutmayan bu təşəbbüs Cənubi Qafqazda sülhə xidmət etmək yerinə bölgənin geosiyasi münaqişələr meydanına çevrilməsinə yol açacaq. Üçüncü ölkələri proses kontekstində atacaqları addımlarda regionun xüsusiyyətlərini nəzərə almağa və tərəflərə eyni məsafədən yanaşmağa çağırırıq. İnanırıq ki, Cənubi Qafqaz regionda bərqərar olacaq daimi sülh və sabitlik əsasında yüksələcək və layiq olduğu regional rifahanail olacaq. Türkiyə həmişə olduğu kimi bu məsələdə də üzərinə düşəni edəcək və Azərbaycanla Ermənistan arasında daimi sülhün əldə olunması üçün tarixi fürsətdən istifadəni təşviq etməyə davam edəcək. Rusiya diplomatik kanallarla ABŞ-ı və Aİ-nı “geosiyasi xəyallardan” çəkindirməyə çalışdı. İran isə susdu, heç bir mövqe bildirmədi, sanki özünün düşməni elan etdiyi Qərbin Ermənistana soxulması cəhdinin fərqində deyildir. Ancaq Ermənistan unutmasın ki, Qərbə yalnız vasitə kimi lazımdır.

İndiyə qədər çox böyük işlər görülüb, bundan sonra da görüləcək. Eyni zamanda Azərbaycanda mövcud olan milli birlik və həmrəylik müharibə zamanında olduğu kimi daim qorunub saxlanılmalıdır. Hazırda dünyada baş verən hadisələr fonunda Azərbaycan həmişə regionda sabitləşdirici, sülhün və əmin amalığın tərəfdarı kimi çıxış edir. Xarici siyasətimiz milli maraqlarımızı təmin edir. Ölkəmizdə milli birliyin, vətəndaş həmrəyliyinin gücü ölçüyə gəlməzdir. Bu Azərbaycan Prezidenti və onun yürütdüyü milli birlik siyasətinin ifadəsidir. Bu indiki mürəkkəb şəraitdə xüsusi ilə vacibdir. Çünki belə bir birliyə, həmrəyliyəmalik xalq istədiyi ümummilli hədəfə çatmağa qadirdir.

Mustafa KAMAL,

“Respublika”.