Şəhid valideynlərinə qayğı daimidir
Region

Şəhid valideynlərinə qayğı daimidir

Onlar Vətən uğrunda vuruşub şəhidlik zirvəsinə yüksəlmişlər. Övlad itkisinin ağrı-acısını yaşayan şəhid valideynləri dövlət tərəfindən hər cür qayğı ilə əhatə olunmuşlar. Hacıqabul rayonunda bu qayğı və diqqətin bariz nümunələri var.

Bu günlərdə rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən "Vətən uğrunda", "İgidliyə görə", "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif olunmuş Vətən müharibəsi şəhidi Birinci Udullu kənd sakini, Elman Yunis oğlu Qasımovun Hacıqabul Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsdə müalicə alan atası Yunis Hüseyn oğlu Qasımovu və Muğan qəsəbə sakini, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunmuş Vətən müharibəsi şəhidi Səbuhi Ziyafət oğlu Əhmədovun nənəsi Cəmilə Fərəcovanı ziyarət etdi. Hər iki şəxsin müalicəsinin davam etdirilməsi üçün Hacıqabul Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Fərhad Səfərova tapşırıqlar verildi və nəzarətdə saxlamaq tövsiyə olundu. Şəhid valideynləri qayğı və diqqətə görə dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Tofiq HÜSEYN,

"Respublika".