Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir
Gündəm

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat və rabitə komitəsinin sədri, Kənd Təsərrüfatı Agentliyinin sədri Omayra Naiselinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə Fransanın Cənubi Qafqaz regionunda sabitliyi pozmağa yönəlmiş siyasətinin tənqid edib.

"Respublika" xəbər verir ki, S.Qafarova Fransanın öz tarixində qara ləkə olan kolonializmi yalnız keçmiş müstəmləkələrində, zor gücünə hakimiyyəti altında saxladığı ərazilərdə deyil, həm də digər regionlarda, həmçinin Cənubi Qafqaz regionunda davam etdirmək niyyətində olduğunu bildirib.

“Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalı dövründə münaqişənin həlli ilə məşğul olan Minsk Qrupunun üzvü kimi yarıtmaz fəaliyyət göstərmiş Fransa təəssüf ki, bu gün də Cənubi Qafqaz sülh səylərini, sabitliyi pozmağa yönəlmiş siyasət həyata keçirir. Fransa regionda gərginliyi artırır, militarizmi təhrik edir”, - deyən parlamentin sədri Fransanın bu gün Azərbaycana qarşı bütün müstəvilərdə hücuma keçdiyini, beynəlxalq platformalarda mümkün vasitələrdən istifadə edərək, ölkəmizə qarşı qarayaxma kampaniyası apardığını diqqətə çatdırıb.