Sabahdan etibarən məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata start veriləcək
Elm və təhsil

Sabahdan etibarən məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata start veriləcək

Avqustun 9-da saat 11:00-dan 2023-2024-cü tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata start veriləcək.

“Respublika” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazrliyi məlumat yayıb.

Qeydiyyat mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.

Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 11 avqust saat 11:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə 15 avqust saat 11:00-da aktiv ediləcək.