Sabah hava əsasən yağmursuz olacaq
Ekologiya

Sabah hava əsasən yağmursuz olacaq

Azərbaycanda yanvarın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "Respublika"ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, axşama doğru yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu gecə 4-7°, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 768 millimetr civə sütunundan 760 millimetr civə sütununa enəcək. Nisbi rütubət 60-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi əsəcək, bəzi şərq rayonlarında arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6°, gündüz 10-15° isti, dağlarda gecə 3-8°, gündüz 0-3° şaxta olacağı ehtimal edilir.