Qeyri-sabit hava şəraiti davam edir
Ekologiya

Qeyri-sabit hava şəraiti davam edir

Milli Hidrometeorologiya Xidmətinin iyunun 23-ü saat 09:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, ayrı-ayrı yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Bəzi şimal və qərb rayonlarında yağıntılar intensiv və güclü olub. İyunun 22-də axşam saatlarında Şahdağa qar yağıb. 23 iyun ETSN-dən bildirilir.

Daşkəsən, Naftalan, Göygöl, Şahdağ, Gəncə, Şəmkir, Balakən, Qax, Qrız, Lerikdə duman müşahidə olunub, görünüş məsafəsi 100 metrədək məhdudlaşıb.

“Respublika”.