Rusiyanın Soçi şəhərində Avrasiya İqtisadi Birliyi (AİB) və Müstəqil Dövlətlər Birliyinin II Gənclər Forumu keçirilib
Sosial həyat

Rusiyanın Soçi şəhərində Avrasiya İqtisadi Birliyi (AİB) və Müstəqil Dövlətlər Birliyinin II Gənclər Forumu keçirilib

13 iyun Gənclər və İdman Nazirliyinin məlumatında bildirilir ki, forumun keçirilməsində əsas məqsəd AİB və MDB məkanında sahibkarlığın inkişafı üçün gənclər tərəfindən konkret həllərin formalaşdırılması və təkliflərin hazırlanmasıdır.

18-35 yaş arası gənc sahibkarlar, dövlət qulluqçuları və sahibkarlıq fəaliyyətinə yeni başlayan tələbələr sahibkarlığın inkişafına yönəlmiş müzakirələrdə, treninqlərdə və III Avrasiya Konqresinin plenar iclasında iştirak ediblər.

Forumda gənclər və idman nazirinin müavini İndira Hacıyeva və nazirliyin məsul əməkdaşları iştirak ediblər.

“Respublika”.