Rusiyanın Samara Vilayəti Azərbaycanlıları Liqasının sədri Şirvan Kərimovdan
Məktublar

Rusiyanın Samara Vilayəti Azərbaycanlıları Liqasının sədri Şirvan Kərimovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

İcazə verin, Sizi doğum gününüz münasibətilə Rusiyanın Samara Vilayəti Azərbaycanlıları Liqasının çoxsaylı üzvləri adından və şəxsən öz adımdan ürəkdən təbrik edim, ən səmimi arzularımızı çatdırım. Sizin doğum gününüzü olduqca xoş əhval-ruhiyyə ilə qeyd edən vətənpərvər dünya azərbaycanlıları xalq, dövlət qarşısındakı böyük xidmətlərinizi alqışlayırlar.

Bu günü əlamətdar tarix edən ən başlıca amil Sizin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilində cəsarətli, qətiyyətli addımlarınız, müdrik siyasi qərarlarınızla ölkəmizin ərazi bütövlüyünü, suverenliyini tam bərpa edərək ata vəsiyyətini yerinə yetirməyiniz oldu.

Möhtərəm Prezident, Azərbaycan xalqı Sizin kimi Prezidenti, Al Baş Komandanı olduğu üçün çox şanslıdır. Bunu ölkənin inkişafı, xalqın rifahı, əmin-amanlığı istiqamətində gördüyünüz böyük işlər bir daha təsdiq edir.

Bu gün Azərbaycan Respublikasının adı dünya ölkələri sırasında qürurla çəkilir. Hər birimiz azərbaycanlı olduğumuz üçün fəxr edirik. Bu qüruru bizə yaşatdığınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, ailə səadəti arzulayır, Azərbaycanın rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirik. Dünyanın harasında yaşamağımızdan asılı olmayaraq hər zaman Sizin yanınızdayıq.

Dərin hörmətlə,

Şirvan KƏRİMOV,

Rusiyanın Samara Vilayəti Azərbaycanlıları Liqasının sədri.