Rusiya Federasiyasının Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevdən
Məktublar

Rusiya Federasiyasının Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Sizə görkəmli dövlət xadimi, istedadlı rəhbər, güclü və müdrik insan kimi dərin hörmət bəsləyirəm.

Azərbaycan Respublikası ilə Sverdlovsk vilayəti arasında möhkəm iqtisadi və mədəni əlaqələr zamanın sınağından çıxıb.

Əminəm ki, bizim çoxşaxəli tərəfdaşlığımız bundan sonra da möhkəmlənəcək, inkişaf edəcək, yeni perspektivli layihələrlə genişlənəcək.

Möhtərəm İlham Heydər oğlu, əminəm ki, ali dövləti vəzifənizdə Sizi yeni-yeni uğurlar gözləyir.

Sizə və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və firavanlıq arzu edirəm.

Hörmətlə, 

Yevgeni Kuyvaşev

Rusiya Federasiyasının Sverdlovsk vilayətinin qubernatoru