Rusiya lideri: Türkiyə energetika sahəsində ən etibarlı tərəfdaşdır
Dünya xəbərləri

Rusiya lideri: Türkiyə energetika sahəsində ən etibarlı tərəfdaşdır

"Türkiyə energetika sahəsində ən etibarlı tərəfdaşdır".

"Respublika" xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin “Moskva. Kreml. Putin” verilişinin müəllifi və aparıcısı Pavel Zarubinə müsahibəsində deyib.

Vladimir Putinin sözlərinə görə, Almaniyanın Rusiya yanacağından qismən imtina etməsindən sonra Türkiyə bu sektorda ən etibarlı tərəfdaşa çevrilib.

Rusiya lideri, həmçinin bildirib ki, Almaniya daxili siyasi mübarizə ilə məşğuldur, onların siyasətinin iqtisadiyyata ziyan vurduğu göz qabağındadır.

Nəzrin ELDARQIZI

"Respublika"