Roma Papası növbəti varisinin kimliyi barədə proqnoz verib
Siyasət

Roma Papası növbəti varisinin kimliyi barədə proqnoz verib

Roma Papası Fransisk XXIV İohannın onun Müqəddəs Pyotr taxtında varisi ola biləcəyini güman edib.

"Respublika" xəbər verir ki, bu barədə "UCA NEWS" məlumat yayıb.

Bildirilib ki, Papa bunu Monqolustandan qayıdan zaman jurnalistlərin Vyetnama mümkün gələcək səfərlə bağlı sualını cavablandırarkən deyib.

“Əminəm ki, əgər mən Vyetnama getməsəm, onda XXIV İohann gedəcək, amma bu, mütləq baş verəcək”, - Papa açıqlayıb.

O, həmçinin Müqəddəs Taxt-Tac ilə Vyetnam arasında əlaqələrin müsbət inkişafını yüksək qiymətləndirib.

Qeyd edək ki, 86 yaşlı Papa ona əvvəlki kimi səyahət etməyə imkan verməyən müəyyən sağlamlıq problemləri yaşadığını gizlətmir. Bir neçə ay əvvəl o, son iki il ərzində ikinci qarın boşluğu əməliyyatını keçirib.

Nəzrin ELDARQIZI,

"Respublika".