Rayon İcra Hakimiyyətinin başçısı sakinlərlə səyyar görüş keçirib
Sosial həyat

Rayon İcra Hakimiyyətinin başçısı sakinlərlə səyyar görüş keçirib

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun Bayıl yaşayış massivi ərazisində yerləşən Qafur Məmmədov adına parkda sakinlərlə növbəti səyyar görüş-qəbulu keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul işçiləri xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak etmişlər. Bu barədə 13 iyun Səbail RİH-dən bildirilir.

Görüş zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov ölkəmizin bütün bölgələrində, o cümlədən, Səbail rayonunda görülmüş abadlıq-quruculuq işlərindən danışmış və bütün bunların vətəndaşlarımızın layiqli və rahat həyat şəraitinin təmin olunması istiqamətində ölkə rəhbərliyinin müəyyən etdiyi əsas hədəflərdən biri olduğunu qeyd etmişdir.

Sakinlər fərdi yaşayış evlərinin təmir olunması, sənədsiz evlərin sənədləşdirilməsi, qaz, su və kanalizasiya xətlərinin yenilənməsi, həyətlərin abadlaşdırılması və digər sosial problemlərlə bağlı müraciət etmişlər. RİH başçısı Vuqar Zeynalov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar vermiş və onların həlli nəzarətə götürülmüş, RİHBA-nın fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə qeydiyyata alınaraq müvafiq qurumlara RİH tərəfindən rəsmi müraciətlər ünvanlanmışdır.

“Respublika”.