Ramil Şeydayevin komandası Asiya Çempionlar Liqasına qələbə ilə başlayıb
İdman

Ramil Şeydayevin komandası Asiya Çempionlar Liqasına qələbə ilə başlayıb

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Tailandın "Buriram Yunayted" klubu Asiya Çempionlar Liqasının qrup mərhələsinə qələbə ilə başlayıb.

"Respublika" xəbər veri ki, ölkə çempionu Çinin "Çjetszyan Qrintaun" klubunu məğlub edib.

Qarşılaşma Tailand təmsilçisinin 4:1 hesablı qələbəsi ilə bitib. Görüşə start heyətində başlayan Şeydayev 73-cü dəqiqədə əvəzlənib.

Qeyd edək ki, komanda oktyabrın 4-də Yaponiyada "Kofu"nun qonağı olacaq.