“Qarabağ”ın prezidenti püşkatma mərasimində iştirak edəcək
İdman

“Qarabağ”ın prezidenti püşkatma mərasimində iştirak edəcək

“Qarabağ”ın prezidenti Tahir Gözəl UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimində iştirak edəcək.

Klubdan "Respublika"ya verilən məlumata görə, funksioner dekabrın 18-də İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbiri canlı izləyəcək.

Püşkatma mərasimində Ağdam təmsilçisinin rəqibi müəyyənləşəcək. “Qarabağ” pley-off mərhələsində “Qalatasaray” (Türkiyə), “Lans” (Fransa), “Braqa”, “Benfika” (hər ikisi Portuqaliya), “Feyenoord” (Niderland), “Milan” (İtaliya), “Yanq Boyz” (İsveçrə) və “Şaxtyor” (Donetsk, Ukrayna) klublarından biri ilə qarşılaşacaq.

Qeyd edək ki, bu mərhələnin qarşılaşmaları 2024-cü il fevralın 15-də və 22-də keçiriləcək.