Qərbi Azərbaycan İcması: Parisin meri siyasi hoqqabazlıqlara, azərbaycanlılara qarşı nifrətə son qoymalıdır
Gündəm

Qərbi Azərbaycan İcması: Parisin meri siyasi hoqqabazlıqlara, azərbaycanlılara qarşı nifrətə son qoymalıdır

Fransa Azərbaycana qarşı təxribatları davam etdirir. Bu dəfə estafet Parisin meri Ann İdalqo başda olmaqla, fransız şəhərlərindən “humanitar yardım” şousu təşkil edən heyətə ötürülüb.

"Respublika" xəbər verir ki, "bu gün “timsah göz yaşı” tökən Ann İdalqo kimi rasist təfəkkürlü adamlar heç bir zaman Azərbaycan ərazilərinin işğalını, azərbaycanlıların Ermənistandan və vaxtilə işğal edilmiş ərazilərdən qovulmasını, Xocalı soyqırımını pisləməmişlər, əksinə Ermənistana və erməni diasporuna qoşulub qürrələnmişlər" - deyə QAİ bildirib.

Ann İdalqo və onunla gələn fransız heyət siyasi hoqqabazlıqlara, dini təəssübkeşlik əsasında azərbaycanlılara qarşı nifrətə son qoymalıdır.