Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Ermənistana ciddi təzyiq göstərməyə çağırır
Digər xəbərlər

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Ermənistana ciddi təzyiq göstərməyə çağırır

Məlum olduğu kimi, Ermənistan hökuməti bu ölkədən qovduğu azərbaycanlıların qayıtmasına imkan vermir onların mədəni irsini dağıtmaqda davam edir. Ermənistan azərbaycanlıların öz evlərinə qayıtmasına hazırlıq məqsədilə BMT-nin missiyasını Azərbaycan mədəni irsinin vəziyyətinin qiymətləndirilməsi üçün UNESCO-nun faktaraşdırıcı missiyasını qəbul etməkdən imtina edir. Bundan əlavə, Ermənistan hökuməti Qərbi Azərbaycan İcmasının dialoq çağırışlarına cavab vermir.

AZƏRTAC xəbər verir ki, bu fikir Qərbi Azərbaycan İcmasının mətbuata açıqlamasında yer alıb.

Açıqlamada bildirilib ki, bu azmış kimi, Ermənistan Azərbaycanın daxili işlərinə qarışmaqda davam edir. Bu ölkənin Xarici İşlər Nazirliyi bu gün Azərbaycana hansısa missiyanın göndərilməsinə dair çağırış etmiş Azərbaycanı etnik təmizləmə aparmaq niyyətində olmaqda ittiham etmişdir.

Beynəlxalq hüququn prinsiplərinə, o cümlədən ərazi bütövlüyü prinsipinə hörmətlə yanaşdığını dəfələrlə bəyan etmiş İcmamızın dialoq çağırışına cavab verməyən öz ərazisində bir nəfər olsun azərbaycanlı qoymamış Ermənistan hökumətinin Azərbaycan tərəfinin etnik təmizləmə niyyətində olması kimi absurd iddia irəli sürməsi insan hüquqlarından danışması ən mənfur riyakarlıqdır. Bütün bunlar Ermənistanın Azərbaycanafob siyasətini Azərbaycana qarşı ərazi iddiasını bariz şəkildə göstərir.

Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən beynəlxalq hüquqa insan haqlarına zidd siyasətindən əl çəkməyi, qovduğu azərbaycanlıların beynəlxalq verifikasiya zəmanət mexanizmləri çərçivəsində öz evlərinə təhlükəsiz ləyaqətli şəkildə qayıtmalarına şərait yaratmağı, bu məqsədlə BMT UNESCO-nun missiyalarını qəbul etməyi tələb edir.

İcma, həmçinin beynəlxalq ictimaiyyəti Ermənistanı beynəlxalq hüquqa zidd davranışlardan, o cümlədən bizim qayıdış hüququmuza əngəl törətməkdən Azərbaycana qarşı ərazi iddiasından çəkindirmək üçün bu ölkəyə ciddi təzyiqlər etməyə çağırır.