“Qəbələ” 6 legioner futbolçu ilə yollarını ayırıb
İdman

“Qəbələ” 6 legioner futbolçu ilə yollarını ayırıb

"Qəbələ” komandası altı futbolçu ilə yollarını ayırıb.

Klubdan "Respublika"-ya verilən məlumata görə, müdafiəçi Lukas Afriko, yarımmüdafiəçilər Ahmed Ayzaya, Əyyub Allaş, Klesio Bauk, Yaovi Akakpo və hücumçu Osama Xalayla ilə 2023-2024-cü illər mövsümünün sonunda başa çatan müqavilələr uzadılmayıb.

2020-ci ildən “qırmızı-qara” formada çıxış edən toqolu Y. Akakpo 30 oyunda 3 qol vurub. 2023-cü ildə “Qəbələ”yə keçən belçikalı Ə. Allaşın hesabında 56 görüşdə 10 top var.

Ötən yay “Qəbələ”yə qoşulan israilli O. Xalayla 40 (10 qol), braziliyalı L. Afriko 35 (1 qol), nigeriyalı A. Ayzaya 26 (1 qol) matçda forma geyinib. Bu qış “qırmızı-qaralar”ın heyətinə qayıdan mozambikli K. Bauk isə 13 qarşılaşmada 1 qola sevinib.