Qayğı və diqqət mənəvi borcumuzdur
Sosial həyat

Qayğı və diqqət mənəvi borcumuzdur

Balakən

Anım Günü ərəfəsində ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərin ailələri ziyarət edilib.

Ziyarət zamanı şəhidlərimizin şərəfli həyat yolundan və döyüşlərdə göstərdiyi şücaətdən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində düşmən üzərində şanlı Zəfər qazanmasından, hərbçilərimizin qəhrəmanlığından, şəhid ailələrinə, qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs olunub.

Qobustan

Rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov torpaqlarımız uğrunda canından keçmiş şəhidlərin ailələrini ziyarət edib. Ziyarətdə hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyəti başçısı aparatının məsul şəxsləri də iştirak edib. Görüşlərdə şəhidlərimizin igidliyindən, vətənpərliyindən və döyüş rəşadətindən danışılıb və onların ibrətamiz ömür yolunun gənc nəsil üçün nümunə olacağı qeyd olunub.

Oğuz

Rayon icra hakimiyyətinin başçı

sı Eyvaz Qurbanov şəhid Beyrək Feyzullayevin ailəsini ziyarət edib. Şəhid ailələri və qazilərlə mütəmadi görüşdüyünü və onların qayğıları ilə yaxından maraqlandığını deyən rayon rəhbəri bu istiqamətdə görülən işlər barədə danışıb. Respublika Prezidentinin göstərişlərinə uyğun olaraq şəhid ailələrinin bütün problemlərinin rayonda da həlli istiqamətində mütəmadi işlərin görüldüyünə toxunub və şəhidlərin adlarının əbədiləşdirildiyini vurğulayıb.

İsmayıllı

Rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərin ailələrini ziyarət edib.

Görüşlərdə rayon rəhbəri qeyd edib ki, şəhidlərimiz hər zaman bizim qəlbimizdə əbədi yaşayacaqlar.

Şəhid ailələri və qazilər qayğıya görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

M.QULUYEV,

"Respublika".