Qarşılıqlı əlaqələrin inkişafına böyük töhfə
Digər xəbərlər

Qarşılıqlı əlaqələrin inkişafına böyük töhfə

Azərbaycan-İsrail münasibətlərinin mövcud səviyyəsi hər iki ölkənin timsalında mədəniyyətlərarası dialoqun əməkdaşlığın qədər böyük əhəmiyyətə malik olduğunu nümayiş etdirir bu, ksenofobiya, islamafobiya kimi amillərin qlobal geosiyasi mübarizədə ideoloji faktor kimi istifadə edildiyi müasir dünyada nümunə olacaq yeganə əməkdaşlıq modeli hesab oluna bilər.

İsrail dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrinin təzahürüdür. Şübhəsiz ki, bu əlaqələrin böyük inkişaf perspektivi var. 2023- ildə İsraildə Azərbaycan səfirliyinin açılması, eləcə İsrail Prezidentinin ölkəmizə rəsmi səfəri qarşılıqlı əlaqələrin yüksələn xətt üzrə inkişafına böyük töhfə verəcək.

Yəhudi icması ölkəmizdə əsrlər boyu yaşamış, onlar ölkəmizi özlərinə Vətən hesab etmiş Azərbaycandan başqa ölkələrə köçdükdən sonra da tarixi Vətənləri ilə əlaqələrini qoruyub saxlamışlar.

Bu, bizim ölkənin böyük dəyəridir. Azərbaycanda yaşayan yəhudi qardaşlarımız ölkəmizin ərazi bütövlüyü uğrunda azərbaycanlılar ilə birgə çiyin-çiyinə vuruşublar. Onlar bizim müstəqilliyimiz ərazi bütövlüyümüz uğrunda bütün digər azlıqların nümayəndələri ilə birlikdə döyüşərək, canlarını, sağlamlıqlarını qurban veriblər. Bu, haqqın, ədalətin, qardaşlığın, Vətən sevgisinin qədər böyük bir dəyər olduğunu nümayiş etdirir.

İsraildə yaşayan yəhudi əsilli azərbaycanlılar ölkələrimiz arasındakı dostluq, tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayır, Azərbaycana hər zaman böyük sevgi ilə yanaşırlar. Təkcə İsraildə deyil, dünyanın müxtəlif ölkələrində yaşayan yəhudi mənşəli azərbaycanlılar Azərbaycan diasporunun işində fəal iştirak edir, dövlətimizin haqlı mövqeyini dəstəkləyirlər. Bütün bunlar bir daha sübuta yetirir ki, multikulturalizm Vətən sevgisi Azərbaycanla bağlı olan hər kəsi birləşdirən ən böyük dəyərdir.

Azər KƏRİMLİ,

Milli Məclisin deputatı.