Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyi dövlətimizin daxili işidir
Digər xəbərlər

Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyi dövlətimizin daxili işidir

Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbəyə baxmayaraq, Ermənistan təcavüzkarlıq siyasətindən əl çəkməmişdir. Belə ki, ölkə müharibədə düşdüyü rəzil vəziyyəti hələ həzm edə bilmir. Ermənistanın əksinə olaraq dövlətimiz regionda davamlı sabitliyə təhlükəsizliyə töhfə vermək, imkanları əməkdaşlığa, iqtisadi inkişafa yönəltmək üçün sülhü dəstəkləmişdir.

Ermənistan rəsmiləri Qarabağda yaşayan ermənilərə hansısa status verilməsi barədə müəyyən şərtlər irəli sürürlər. Dövlətimiz isə qəti olaraq bu fikirlərin əleyhinədir. Azərbaycan tərəfi düşməndən fərqli olaraq Qarabağda məskunlaşmış ermənilərə qarşı heç bir ayrı-seçkilik siyasəti yeritmir. Bundan başqa, dövlətimizin dünyaya tolerantlıq, multikulturalizm nümunəsi aşılaması onun bu məsələlərə humanist yanaşmasını bir daha təsdiqləyir. Azərbaycanda bu gün ayrı-ayrı xalqların nümayəndələri birgə yaşayırlar onların bütün hüquqları tam şəkildə qorunur. Beləliklə, Qarabağda erməni əhalisinin təhlükəsiz şəraitdə yaşamasında heç bir maneənin olmadığı bir daha öz əksini tapır. Ölkə başçısının 2022-ci il oktyabrın 14- Astanada MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışı bunu ehtiva edir: "Qarabağ Azərbaycandır. Qarabağın erməni əhalisinin hüquqları təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək. Biz öz daxili məsələlərimizi heç bir tərəflə müzakirə etməyə hazırlaşmırıq. Praqa görüşünün yekunlarına əsasən başa düşdüyüm qədər, bu mövzu dördtərəfli görüşün bütün iştirakçıları arasında hər hansı fərqli şəkildə qəbul edilməyib".

Qarabağdakı ermənilərin hüquq təhlükəsizliyinin təmin olunması dövlətimizin daxili işidir. Amma düşmən ölkəmizin Qarabağdakı etnik ermənilərə yanaşması ilə qane olmur. Doğrusu, Ermənistan tərəfinin Qarabağdakı əhalini bu qədər önəmsədiyi o qədər inandırıcı deyil. Müharibə zamanı Qarabağdakı erməni xalqının necə acınacaqlı vəziyyətdə yaşaması bunun əyani göstəricisidir. Azərbaycan xalqının Qarabağda yaşayan erməni əhali ilə heç bir problemi yoxdur. Azərbaycan Prezidenti İlham Əliyev rəsmi Bakının ermənilərin təhlükəsizliyini təmin etməyə hazır olduğunu dəfələrlə bəyan etmişdir. Lakin etnik ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da torpaqlarımızı birdəfəlik tərk etməlidirlər. Çünki Azərbaycan torpaqlarında ermənilərin qanunsuz yaşaması mümkünsüzdür. Dövlətimizin başçısı bu il fevralın 18- keçirilmiş Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda çıxışında Azərbaycanın Qarabağdakı ermənilərin hüquqlarına əhəmiyyət verdiyi bir daha öz əksini tapmışdır. Prezident İlham Əliyev bu barədə müzakirələrin yalnız Qarabağda doğulmuş həyatı boyunca orada yaşamış nümayəndələri ilə aparıla biləcəyini vurğulamışdır.

Nəzrin ELDARQIZI,

"Respublika".