Qarabağ adlı dastan yazan  Azərbaycan Ordusu
Siyasət

Qarabağ adlı dastan yazan  Azərbaycan Ordusu

26 iyun Silahlı Qüvvələr Günüdür

1918-ci il 26 iyun... 105 il əvvəl bu gündə Azərbaycan Milli Ordusunun yaradılmasına başlanıldı. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə, yəni əlahiddə Azərbaycan korpusu formalaşdırıldı. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi qarşıya qoyuldu. Həmin il avqustun 1- Hərbi Nazirlik təsis olundu, ilk nazir Xosrov bəy Sultanov təyin edildi. Dekabrın 25- general Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini təyin olundular.

Hərbi sahədə ilk uğur sentyabrın 15- qazanıldı. Milli Ordu Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu ilə birlikdə Bakını ətraf qəzaları erməni-bolşevik işğalından azad etdi. Bu hərbi birləşmələr Muğanda Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək səriştə göstərdi, Qazaxda Azərbaycan sərhədini pozmuş erməni nizami ordu hissələrini darmadağın etdi. İlk hərbi parad 1919-cu ildə Bakıda indiki Muzey Mərkəzinin yerləşdiyi ərazidə keçirildi.

1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi. Onun rəhbərlərinin əksəriyyəti, o cümlədən on beş general Nargin adasında güllələndi, bir çox vətənpərvər hərbçilər repressiyaya məruz qaldı. Sovet hakimiyyəti dövründə Rusiya imperiyasının azərbaycanlılara qarşı hərbi siyasəti dəyişmədi. Amma bu dəfə çar dövründən fərqli olaraq, azərbaycanlı gənclər hərbi xidmətə çağırılırdılar. Lakin onlar döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən tikinti batalyonlarında xidmət edirdilər. Məqsəd azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişdirilməsinə imkan verməmək idi.

1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra isə müasir Milli Ordunun yaradılmasına başlanıldı. Lakin müstəqilliyin ilk illərində ölkəmizə rəhbərlik edən hökumət ordu quruculuğunu həyata keçirə bilmədi. Həmin dövrdə vahid ordu mövcud deyildi. Müxtəlif hərbi dəstələr ayrı-ayrı qüvvələr tərəfindən idarə olunurdu. Bundan istifadə edən ermənilərin torpaqlarımıza təcavüzü getdikcə daha geniş miqyas alırdı. Azərbaycan müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir ağır vaxtda xalqın çağırışı ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev silahlı dəstələri ləğv edərək nizami ordu quruculuğu prosesinə start verdi. Bu səbəbdən əminliklə demək lazımdır ki, Azərbaycan Silahlı Qüvvələrinin şərəfli tarixi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Müasir Azərbaycan Ordusunun qurulması, inkişafı möhkəmləndirilməsi ulu öndərin uzaqgörənliyinin nəticəsidir. Ona görə uzaqgörənlik deyirik ki, ulu öndər hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə gələcəyi düşünür, milli zabit kadrların yetişdirilməsinə çalışırdı. Bu prosesin məntiqi davamı kimi 1971-ci il iyunun 20- Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin yaradılmasına nail olundu. Heydər Əliyev, həmçinin azərbaycanlı gəncləri SSRİ-nin qabaqcıl hərbi məktəblərinə təhsil almağa göndərdi. 90- illərin əvvəllərində isə Ümummilli Liderin çağırışı ilə genişmiqyaslı səfərbərlik keçirildi, hərbi hissələr tam komplektləşdirildi. Ordumuz Heydər Əliyevin tapşırığı ilə uğurlu hücum əməliyyatları keçirərək düşmənə sarsıdıcı zərbələr endirdi. Azərbaycan Ordusunun ilk sınağı 1994- ilin yanvarında oldu. Yanvarın 5-dən 6-na keçən gecə Füzuli rayonunun 20 kəndi, Horadiz qəsəbəsi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Ordu quruculuğu işinə böyük önəm verən ulu öndərin 1998-ci il 22 may tarixli Fərmanına əsasən 26 iyun Silahlı Qüvvələr Günü elan olundu.

Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam etdirən zənginləşdirən Ali Baş Komandan İlham Əliyevin diqqət qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah texnika ilə təchizatı istiqamətində davamlı addımlar atıldı. Bu ali diqqət qayğı nəticəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Hər il dövlət büdcəsindən müdafiə xərclərinə böyük vəsait ayrıldı, ölkənin müdafiə sənayesi yaradıldı, ordu ən müasir silahlarla təchiz edildi, ölkəmizin hərbi sahədə əməkdaşlıq əlaqələri genişləndirildi. Modernləşdirilən, ən müasir texnika ilə təmin olunan Azərbaycan Ordusunun gücü, qüdrəti bu gün beynəlxalq səviyyədə etiraf edilir. Silahlı Qüvvələrimiz indi dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb. Hazırda Azərbaycanın müdafiə sənayesi müəssisələrində mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Azərbaycan Ordusunun hərbi qüdrəti 2011-ci il iyunun 26-da Bakıda Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin iştirakı ilə Silahlı Qüvvələr Günü müstəqilliyin bərpasının 20 illiyi münasibətilə keçirilən hərbi paradda ilk dəfə milli texnoloji yeniliklər nümayiş etdirildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü dövlət quruculuğu strategiyasının uğurla reallaşdırılması, güclü iqtisadi potensialın böyük maliyyə imkanlarının yaradılması həm hərbi konfliktlərin yüksək səviyyədə həll edilməsinə imkan yaratdı. Rəşadətli Ordumuz öz gücünü 2016- ilin Aprel döyüşlərində bir daha göstərdi. Uğurlu əks-hücum əməliyyatı nəticəsində Füzuli, Cəbrayıl Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsi azad edildi. Azərbaycan Ordusu daha bir uğurunu 2018-ci ilin mayında Günnüt zəfəri ilə qazandı. Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycanın nəzarəti altına keçdi. Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə 2018-ci il iyunun 26-da Bakının Azadlıq meydanında təntənəli hərbi parad təşkil edildi. Paradda iştirak edən Prezident İlham Əliyevin Qarabağa qayıtmaqla bağlı dediyi sözlər çox keçmədən reallaşdı. 2020-ci il sentyabrın 27- başlayan Vətən müharibəsində rəşadətli Ordumuzun qazandığı şanlı Qələbə tariximizə qızıl hərflərlə yazıldı. Əsgərindən zabitinə, hətta generalına qədər rütbəli-rütbəsiz hər kəsin ən qaynar nöqtələrdə savaşmaqdan qorxmadığı Qarabağ müharibəsinin qalibi Azərbaycan oldu. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz düşmənə sarsıdıcı zərbə vuraraq 44 gün ərzində 5 şəhər, 4 qəsəbə 300-dək kəndi işğaldan azad etdi. Vətən müharibəsi xalqın öz ordusuna inamının, sevgisinin nümayişi, Azərbaycan hərbçisinin rəşadəti, qarşısına qoyulan bütün döyüş tapşırıqlarını şərəflə, dəqiqliklə yerinə yetirməsinin ifadəsinə çevrildi.

XXI əsrin müharibəsini aparan Azərbaycan Ordusunun döyüş əməliyyatları, xüsusən Şuşa əməliyyatı bu gün dünyanın qabaqcıl hərbi məktəblərində öyrənilir. Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycan Ordusunun daha da gücləndirilməsi istiqamətində mühüm addımlar atılır, silah-sursat təchizatı, komando bölmələri yaradılır. 2021-ci il dekabrın 24- Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsində hərbi hissənin açılışında çıxış edərək Komando Briqadasının yaradılmasının əhəmiyyətindən danışarkən bildirdi ki, bu, bizim üçün yenilikdir:

"Bir yox, iki yox, bir çox komando briqadaları artıq Azərbaycanda yaradılır bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Bu, bizim ordumuzun gücünü böyük dərəcədə artıracaq. Bir daha demək istəyirəm ki, belə briqadalar çox olacaq, minlərlə hərbçimiz bu briqadalarda xidmət edəcəklər. Beləliklə, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını yüksək mənəvi ruhunu qoruyacaqdır".

Həqiqətən xalqımızın otuz illik arzusunu reallığa çevirərək hərbi qüdrətini bütün dünyaya göstərən Ordumuzun qəhrəman əsgər zabitləri bu gün işğaldan azad edilmiş ərazilərimizin müdafiəsində dayanıblar. Buna görə bu gün rəşadətli ordumuz Azərbaycan xalqının qürur iftixar yeridir.

Jalə QASIMZADƏ,

"Respublika".