İdman

"Qalatasaray" "Beşiktaş"la oyunda xüsusi forma ilə çıxış edəcək

"Qalatasaray", "Beşiktaş" derbisində zolaqlı formalar geyinəcək.
"Respublika" "En Son Haber"ə istinadən xəbər verir ki, Super Liqa təmsilçisi "Qalatasaray" Beşiktaş derbisində Cümhuriyyətin 100-cü ildönümü üçün xüsusi hazırlanmış forma ilə çıxış edəcək.

"Qalatasaray"ın kapitanı Muslera və digər futbolçular Florya Metin Oktay Təsislərində 100-cü il üçün xüsusi olaraq hazırlanmış formanı sınaqdan keçiriblər. Həmin anları sosial media hesabında paylaşan təcrübəli qolkiper, “Yeni zirehimiz. Qələbələrlə dolu bir əsrin simvolu və daha çox şey vəd edir" - deyib.

Qeyd edək ki, oyun oktyabrın 21-i şənbə günü oynanılacaq. 

Nurcan SÜLEYMANOVA

"Respublika"