İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

Avarçəkənlərimiz Qazaxıstanda 8 medal qazanıblar

Gənc avarçəkənlərimiz Qazaxıstan açıq birinciliyində uğurla çıxış ediblər. Kayak kanoe növləri üzrə beynəlxalq turnirdə yüzə yaxın idmançı mübarizə aparıb. Yarışda komandamız 5 nəfərlik heyətlə təmsil olunub ümumilikdə, səkkiz medal qazanıb. 200 metr məsafəyə bir nəfərlik kayak qayığında Amil Ramazanov birinci olub. İdmançımız eyni məsafədə iki nəfərlik kayak qayığında Qazaxıstan təmsilçisi ilə birgə yürüşdə finişə birinci çatıb. 500 metr məsafəyə bir nəfərlik kayak qayığında Əlimurad Hacızadə bütün rəqiblərini geridə qoyub. Eyni növdə 200 metr məsafəyə yürüşdə təmsilçimiz ikinci yeri tutub. İki nəfərlik kayak qayığında Əlimurad Hacızadə - Vacib Babayev cütlüyü 500 metr məsafəyə yürüşlərdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Duet 200 metr məsafədə gümüş medallara sahib olub. Riyad İsmayılzadə ilə Rəşad Dadaşov 2 nəfərlik kayakda 500 200 metr məsafəyə yarışlarda ikinci yerdə qərarlaşıblar.

 

Şuşa beynəlxalq turnirə evsahibliyi edəcək

İyunun 12-dən 13-dək Şuşa şəhərində qadınlar arasında 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının oyunları keçiriləcək. Almaniya, Niderland, Rumıniya, Macarıstan, Türkiyə Azərbaycanın 3x3 qadın yığma komandaları, Yaponiyanın "G FLOU" yerli təmsilçimiz "Neftçi" klubu Dünya Qadın Seriyasında mübarizə aparacaqlar. Yarışda 3x3 qadın milli komandamızla yanaşı, ikisi klub komandası olmaqla ümumilikdə səkkiz komanda iştirak edəcək.

 

Güləşçimiz reytinq turnirində üçüncü olub

Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən reytinq turnirində  qadın güləşçimiz Jalə Əliyeva bürünc medal qazanıb.  57 kq-da çıxış edən idmançı  bürünc medal uğrunda keçirilən görüşdə rəqibinə 8:4 hesabıyla qalib gəlib.

 

Atletika üzrə Azərbaycan çempionatı

Gənclər İdman Nazirliyi Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə böyüklər arasında atletika üzrə Azərbaycan çempionatına start verilib. Yarışda paytaxtın müxtəlif klub cəmiyyətlərinin təmsilçiləri ilə yanaşı, Gəncə, Naxçıvan, Astara, Bərdə, İsmayıllı Xızı idmançıları da mübarizə aparırlar. Ölkənin ən güclü atletlərinin qatıldığı yarış Krakovda təşkil olunacaq III Avropa Oyunlarında iştirak edəcək heyətin müəyyənləşdirilməsi üçün əhəmiyyətlidir. Çempionat, həmçinin  avqust ayında Budapeştdə keçiriləcək dünya çempionatı digər nüfuzlu yarışlara reytinq xallarının qazanılması üçün önəmlidir.

Nərgiz İSMAYILOVA,

"Respublika".