Qadınlar üçün “Karyera inkişafı və həyat bacarıqları” mövzusunda təlimlər keçirilib
Sosial həyat

Qadınlar üçün “Karyera inkişafı və həyat bacarıqları” mövzusunda təlimlər keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının təşkilatçılığı ilə Tərtər Qadın Resurs Mərkəzində qadınlar üçün “Karyera inkişafı və həyat bacarıqları” mövzusunda təlimlər keçirilib. Bu barədə 25 iyun ƏƏSMN-dən bildirilir.

UNDP Azərbaycan, Britaniyanın Azərbaycandakı Səfirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Mərkəzi Karyera filialının birgə əməkdaşlığı ilə 5 gün ərzində keçirilən təlimlərdə 20 qadın iştirak edib.

Təlimlərdə karyera planlaması, iş axtarış alətləri, düzgün rezüme və istək məktubunun hazırlanması, müsahibəyə hazırlıq və bu günün və gələcəyin bacarıqları mövzularında iştirakçılara məlumatlar verilib, onların sualları cavablandırılıb.

“Respublika”.